Menyu

Türkiyə Ukrayna münaqişəsinin 2025-ci ilin sonunadək həllinə ümid edir

Nərmin Qocamanlı
Türkiyə Ukrayna münaqişəsinin 2025-ci ilin sonunadək həllinə ümid edir

Türkiyə 2025-ci ilin sonunadək Ukraynada münaqişənin nizamlanması istiqamətində irəliləyişə ümid edir. 

Operativ Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan Ülke TV telekanalına açıqlamasında bildirib.

“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda üç mühüm danışıqlar raundu keçirilib. Türkiyə Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üçün zəruri töhfəni verməyə hazırdır və ilin sonunadək bu istiqamətdə müsbət addımların atılacağına ümid edir,” – deyə Fidan qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər