"Macarıstan hökuməti ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Budaşpestdə keçirəcəyi sammitin uğurla baş tutması üçün bütün imkanlardan istifadə etməyə hazırdır".
Operativ Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Nazir vurğulayıb ki, Macarıstan sammitin uğurla keçirilməsi və sülh prosesinə dəstək üçün əlindan gələn hər şeyi edəcək.
Sammitin tarixi və təşkilati detalları Rusiya XİN başçısı Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubionun məsləhətləşmələrindən sonra açıqlanacaq.
Siyarto əlavə edib ki, Avropa İttifaqında yalnız Macarıstan və Slovakiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.
O, ölkəsini “Avropada sülh adası” adlandırıb.
Qeyd edək ki, 16 oktyabrda Tramp Putinə telefonla zəng edərək Budaşpestdə görüşməyi razılaşdırdıqlarını bildirib.