Almaniya Gürcüstandakı səfirini geri çağırıb

Əsəd Abbaslı
Almaniya Gürcüstandakı səfirini geri çağırıb

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfir Peter Fişerin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb.


Operativ Media xəbər verir ki, qərar Gürcüstan hökuməti ilə Almaniya və Avropa İttifaqı (Aİ) arasında son aylarda artan gərginlik fonunda qəbul edilib.

Nazirliyin məlumatına görə, uzun aylardır Gürcüstan rəhbərliyi Avropa İttifaqına, Almaniyaya və şəxsən Almaniyanın səfiri Peter Fişerə qarşı təbliğat aparır. Buna uyğun olaraq, Almaniyanın xarici işlər naziri Yohannes Vadeful səfir Fişeri "işin gələcək istiqamətini müəyyən etmək məqsədilə" məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Bildirilir ki, sabah Aİ-nin Xarici Əlaqələr Şurası Gürcüstanla bağlı vəziyyəti müzakirə edəcək.

Digər xəbərlər