İsrail HƏMAS-a sərt xəbərdarlıq edib

Əsəd Abbaslı
İsrail HƏMAS-a sərt xəbərdarlıq edib

"HƏMAS Qəzzada atəşkəs rejimini pozacağı halda bunun əvəzini ödəyəcək".


Operativ Media xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bildirib.

Onun sözlərinə görə, İsrail ordusu istənilən təxribat və ya hücuma dərhal və sərt cavab verəcək.

Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.

Digər xəbərlər