Menyu

Hakan Fidan Aİ-nin ali nümayəndəsi ilə görüşüb

Əsəd Abbaslı
Hakan Fidan Aİ-nin ali nümayəndəsi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüş Hakan Fidanın Aİ Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda keçiriləcək xarici işlər nazirlərinin iclasında iştirak üçün getdiyi Lüksemburqda baş tutub.

Görüşün təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 20-də Lüksemburq şəhərində baş tutacaq sözügedən iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər