Misir Prezidenti Əbdülfəttah əs-Sisi Misirin noyabr ayında Qəzza zolağının yenidən qurulmasına dəstək vermək üçün beynəlxalq konfransa ev sahibliyi edəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Misir prezidenti çıxışı zamanı deyib.
O, Baş nazir Mustafa Mədbuliyə Qəzzanın yenidən qurulması səylərini maliyyələşdirmək üçün ianələrin toplanmasının milli mexanizmini yaratmaq, eləcə də vətəndaş cəmiyyəti təşkilatları və müvafiq dövlət qurumları ilə bu işləri koordinasiya etməyi tapşırıb.