Gen terapiyası və gələcəyin müalicə üsulları nədir? - HƏKİM RƏYİ

Ayşən Sadıxzadə
Gen terapiyası və gələcəyin müalicə üsulları nədir? - HƏKİM RƏYİ
"1960-cı illərdə insanlar genlərin quruluşu tam açıldıqda, bunun tibbdə bütün problemləri həll edəcəyini düşünürdülər. Lakin 2014-cü ildə bütün genlərin açılması ilə gözlənildiyindən fərqli vəziyyət yarandı – məlum oldu ki, hər bir məsələ genlərlə izah edilmir. Genlərin fəaliyyətini tənzimləyən çoxsaylı digər mexanizmlər və amillər mövcuddur".

Bu fikirləri Operativ Media -ya açıqlamasında onkoloq-cərrah İbrahim Əsədli deyib.


O bildirib ki, genlərin öyrənilməsi ilə paralel olaraq yeni “geneciklər” (kiçik gen vahidləri) aşkar olundu və məlumatlar getdikcə daha da dərinləşdi:

“Lakin bu, bütün xəstəlikləri yalnız gen səviyyəsində həll edə biləcəyimiz mənasına gəlmir.

Bununla belə, gen mühəndisliyi adlı bir elm sahəsi formalaşdı və bu sahənin gələcək nəticələri hələ tam məlum deyil. Bununla yanaşı, gen mühəndisliyinin yaratdığı imkanlar böyükdür: bir çox xəstəliklərin müalicəsi mümkündür, həmçinin hər bir insan üçün fərdi (şəxsi) dərmanların hazırlanması ideyası reallaşa bilər.

Əgər bu gün süni intellekt texnologiyaları ilə gen terapiyasını və gen mühəndisliyini birləşdirsək, gələcəyin ən güclü müalicə üsulları yarana bilər.

Mən gələcəyin tibbində məhz bu iki istiqamətin – süni intellektin və gen mühəndisliyinin – birləşməsində böyük potensial görürəm. Belə bir halda hər bir insana genetik xüsusiyyətlərinə uyğun fərdi dərmanlar təyin ediləcək”.

Digər xəbərlər