Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşüb

Operativ Media
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Lüksemburqda yunanıstanlı həmkarı Giorgos Qerapetritislə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Avropa İttifaqı Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda keçirilən xarici işlər nazirlərinin iclası çərçivəsində bir araya gəliblər.

Nazirlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Digər xəbərlər