ABŞ Rusiya aktivlərindən Ukraynaya kredit üçün istifadə planına qoşulmayacaq

Operativ Media
ABŞ Rusiya aktivlərindən Ukraynaya kredit üçün istifadə planına qoşulmayacaq

ABŞ Avropa ölkələrinə bildirib ki, hələlik Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya 140 milyard avroluq kredit verilməsi təşəbbüsündə iştirak etməyi planlaşdırmır.

Operativ Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Vaşinqton bu addımın hüquqi nəticələri ilə bağlı ehtiyatlı mövqe tutur və məsələ üzərində əlavə qiymətləndirmə aparılmasını zəruri sayır.

Qeyd olunur ki, Avropa İttifaqı hazırda dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadəsi üzərində işləyir.

Digər xəbərlər