Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə rəsmi səfərdədir. Qazaxıstan dövlət başçısının hava limanında dövlət başçımızı şəxsən qarşılaması iki ölkə arasındakı münasibətlərin səviyyəsini göstərir. Çünki, dövlət başçıları rəsmi səfərə gələn dövlət başçıları hava limanlara gəlib çox az hallarda qəbul edir.
Bu sözləri Operativ Media -ya açıqlamasında deputat Azər Badamov deyib.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan və Qazaxıstan eyni dil,din, tarix və mədəniyyətə malik dost və qardaş respublikalardır. Son illər dövlət başçılarımızın qarşılıqlı səfərlərin müntəzəm hal alması ikitərəfli münasibətlərimizdə yeni səhifə açmışdır. Biz BMT, İqtisadi Əməkdaşllıq Təşkilatı , İslam Əməkdaşlıq Təşkilatı, TDT və digər beynəlxalq platformalada əməkdaşlıq edirik. Azərbaycan və Qazaxıstan beynəlxalq platformalarda eyni mövqedən çıxış edir və bir -birini dəstəkləyir. Bu bizim beynəlxalq arenada sözümümzn gücünü artırır.
Azərbaycan türk dünyasının birləşdirdirici körpüsüdür. Biz Türk dünyasının ailəmiz olduğunu açıq şəkildə bəyan etmişik. Bu baxımdan Qazaxıstanla hərətəfli münasibətlərin genişləndirlməsinə böyük dəyər veiririk. Ölkələrimiz arasında imzalnmış 170-dən çox sənəd və Hərtəfəli Strateji Tərəfdaşlığın genişləndirlməsinə dair Bəyannamə əməkdaşlığımızın genişləndilməsinin hüquqi bazasını yaratmışdır.
Son bir ildə ticarət dövriyyəsində baş vermiş kəskin artımlar, bərpaolunan enerji və rəqəmsal dəhlizlərin yaradılması istiqamətində icra olunan layihələr, ölkəmizin üzərindən neft və tarnzit daşımalardakı artım dinamikası, qarşılıqlı invstisiyaların yatırılmasının artması və nizamnamə fondu 300 milyon dollar olan birgə İnvestisya Fondunun yaradılması ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirlməsində yeni səhifə açmışdır.
Dövlət başçımızın Qazaxıstana rəsmi səfəri çərçivəsində imzlanacaq yeni sənədlər, Ali Dövlət Şuranın iclasının keçirlməsi və biznes potensialının reallışdırlması istiqamətində qəbul olunacaq yeni qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır”.