Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında müzakirələrə sədrlik edib

Operativ Media
 Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında müzakirələrə sədrlik edib

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında iştirak etmək üçün Cenevrə şəhərində işgüzar səfərdədir. Azərbaycan Parlamentinin spikeri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib. Müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış ediblər.

Operativ Media xəbər verir ki, bu barədə MM məlumat yayıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.

Digər xəbərlər