Qazaxıstanda "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində Süni İntellekt tətbiqi (robot - red.) Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi haqqında Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayevə məlumat verib.
Operativ Media-nın məlumatına görə, Qazaxıstanda dövlət səfərində olan Prezident İlham Əliyev qazaxıstanlı həmkarı kaşım-Jomart Tokayevlə oktyabrın 21-də Astanada Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.