Gürcüstanın müdafiə naziri Paşinyanla görüşüb

Operativ Media
Gürcüstanın müdafiə naziri Paşinyanla görüşüb

Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Ermənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyanla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Gürcüstan və Ermənistan arasında ənənəvi dostluq münasibətləri, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyinin cari məsələləri müzakirə olunub.

"Ölkələr arasında strateji tərəfdaşlıq vurğulanıb. Söhbət zamanı regionda sülh və sabitliyin vacibliyinə toxunulub. Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Gürcüstanın regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. O, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyannamənin tarixi əhəmiyyətini qeyd edib və bildirib ki, bu saziş Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. Baş nazir Paşinyanla görüşdə həmçinin iki ölkənin mövcud müdafiə əməkdaşlığı da müzakirə edilib", - məlumatda deyilir.

Digər xəbərlər