"Amerikanın Yaxın Şərqdəki müttəfiqləri HƏMAS-ın İsraillə atəşkəs razılaşması fonunda Qəzza zolağına öz qoşunlarını göndərməyə hazır olduqlarını bildirib".
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Yaxın Şərqdə və bura yaxın ərazilərdəki böyük müttəfiqlərimiz açıq şəkildə mənə dedilər ki, əgər HƏMAS bizimlə olan razılaşmalarını pozaraq pis davranmağa davam edərsə, xahişimlə Qəzzaya ağır qüvvələrlə getmək və “HƏMAS-ın vəziyyətini düzəltmək” fürsətini alqışlayacaqlar”.
O əlavə edib ki, Yaxın Şərqə belə sevgi və ruh min ildə görünməyib.
"Bu gözəl mənzərədir! Mən bu ölkələrə və İsrailə dedim: "Hələ yox! Hələ də HƏMAS-ın düzgün seçim edəcəyinə ümid var, əgər bunu etməsələr, HƏMAS-ın sonu tez və amansız olacaq”, - Ağ Ev rəhbəri qeyd edib.