Əli Əsədov Gürcüstana səfər edib - YENİLƏNİB

Operativ Media
Əli Əsədov Gürcüstana səfər edib - YENİLƏNİB

Baş nazir Əli Əsədov Gürcüstana səfər edib.

Operativ Media xəbər verir ki, Baş naziri Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev, Gürcüstanın maliyyə naziri Laşa Xutişvili və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze qarşılayıb.

Onun səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü də planlaşdırılır.

21:42

Baş nazir Əli Əsədov Gürcüstana səfər edəcək.

Operativ Media xəbər verir ki, Baş nazir Tbilisidə keçiriləcək V “İpək Yolu” Forumunda iştirak edəcək və Forumun açılışında çıxış edəcək.

Əli Əsədov səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüş keçirəcək.

Digər xəbərlər