Menyu

Zelenski: Moskva dialoq istəmir

Operativ Media
Zelenski: Moskva dialoq istəmir

“Təmas xəttində atəşkəsi təmin etməklə Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır. Lakin Moskva dialoq istəmir”.

Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Prezident qeyd edib ki, Ukrayna və onun tərəfdaşlarının diplomatiya ilə bağlı mövqeləri üst-üstə düşür. Xüsusilə, Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib.

Sülhün əldə olunması məsələsi Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşündə qaldırılıb.

“Cəbhə xətti diplomatiyanın başlanğıcı ola bilər. Rusiya yenə də diplomatiyadan çəkinmək üçün əlindən gələni edir”, - Zelenski qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər