HƏMAS daha iki israilli girovun meyitinin qalıqlarını təhvil verib

Operativ Media
HƏMAS daha iki israilli girovun meyitinin qalıqlarını təhvil verib

HƏMAS iki israilli girovun meyitinin qalıqlarını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun telegram kanalında məlumat verilib.

Cəmiyyətin əməkdaşları sonra cəsədləri Qəzza zolağındakı İsrail qüvvələrinə təhvil verəcəklər.

Cəsədlər İsrailə aparılacaq, ardınca isə ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.

Oktyabrın 9-na keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail hökuməti və HƏMAS-ın Qəzza münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb. Fələstinli əsirlərin əvəzində israilli girovların azad edilməsi və İsrail qoşunlarının qismən çıxarılması bu planın birinci mərhələsini təşkil edirdi.

Digər xəbərlər