Menyu

Paşinyan İlham Əliyevə təşəkkür edib

Operativ Media
Paşinyan İlham Əliyevə təşəkkür edib
1 dəq oxu

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırılmasına görə, təşəkkür edib.

Operativ Media xəbər verir ki, o bu barədə Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.

O həmçinin, Baş nazir Əli Əsədova da təşəkkür edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

Əlaqəli Xəbərlər