Armen Qriqoryan İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

Operativ Media
Armen Qriqoryan İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

2025-ci il 21–22 oktyabr tarixlərində Ermənistan və Azərbaycanın ekspert dairələrinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi qurumlarının dəstəyi ilə İrəvanda ikitərəfli dəyirmi masa keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə Ermənistan tərəfindən Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan, Azərbaycan tərəfindən isə Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kamala Məmmədova və Dilyara Əfəndiyeva iştirak ediblər.

Görüş 2025-ci il 8 avqustda Vaşinqtonda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəliyinin irəlilədilməsi məqsədi daşıyıb və bu formatda vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.

Müzakirələr zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, iqtisadi və logistika imkanları, eləcə də qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar müzakirə olunub.

Tədbir çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüblər.

Sonda tərəflər qarşılıqlı anlaşma və regionda davamlı sülhün bərqərar olması istiqamətində birgə təşəbbüsləri davam etdirməyə hazır olduqlarını bildiriblər.

Şəkil Qalereyası

Armen Qriqoryan İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb - Şəkil 1
Armen Qriqoryan İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb - Şəkil 2
Armen Qriqoryan İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb - Şəkil 3

Digər xəbərlər