Meloni Rusiya aktivləri ilə bağlı beynəlxalq hüquqa əməl etməyə çağırıb

Operativ Media
Meloni Rusiya aktivləri ilə bağlı beynəlxalq hüquqa əməl etməyə çağırıb

İtaliyanın Baş naziri Corca Meloni Avropa İttifaqı və “Böyük yeddilik” (G7) ölkələrini dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qərar qəbul edərkən beynəlxalq hüquqa və qanunçuluq prinsiplərinə əməl etməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə Il Sole 24 Ore nəşri məlumat yayıb.

Meloni bildirib ki, hər bir qərar Avrozonanın və iştirakçı ölkələrin maliyyə və pul sabitliyinin qorunmasına, eləcə də iqtisadi davamlılığın təmin edilməsinə xidmət etməlidir.

İtaliya hökumət başçısı vurğulayıb ki, Rusiya aktivləri ilə bağlı atılacaq addımlar beynəlxalq hüququn pozulmasına və maliyyə bazarlarında qeyri-sabitliyə səbəb olmamalıdır.

Digər xəbərlər