ABŞ-nin Rusiya şirkətlərinə qarşı yeni sanksiyaları fonunda Çin şirkətləri Rusiya neftinin alışını dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, CNOOC, Zhenhua Oil, Sinopec və PetroChina Co. kimi şirkətlər “qara qızıl”ın dəniz yolu ilə tədarükündən imtina ediblər.
Qeyd olunur ki, Pekin dəniz yolu ilə gündə təxminən 1,4 milyon barel neft idxal edir, lakin bu neftin böyük hissəsi müstəqil neftayırma zavodları tərəfindən alınır.
Bundan əlavə, ABŞ-nin sanksiyalarına məruz qalan Rusiya şirkətləri çoxdan nefti birbaşa alıcılara satmağı dayandırıb, bu işləri vasitəçilər həyata keçirirlər.
Bundan başqa, Çin dövlət şirkəti PetroChina boru kəmərləri vasitəsilə gündə təxminən 900 min barel neft alır.
Treyderlər hesab edirlər ki, ABŞ-ın məhdudiyyətləri onun əməliyyatlarına təsir etməyəcək.