Putin: Yeni sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcək

Operativ Media
Putin: Yeni sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcək

Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qarşı yeni sanksiyalara münasibət bildirib.

Operativ Media xəbər verir ki, dövlət başçısı vurğulayıb ki, bu məhdudiyyətlər ölkənin iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.

“Yeni sanksiyalar bizim iqtisadi vəziyyətimizə ciddi təsir etməyəcək. Bu, sadəcə olaraq Rusiyaya təzyiq göstərmək cəhdidir”, – deyə Putin qeyd edib.

O, həmçinin bildirib ki, Rusiyaya qarşı atılan bu addımlar dostluq xarakterli deyil və Moskva ilə Vaşinqton arasında münasibətlərin möhkəmlənməsinə xidmət etmir.

Prezident əlavə edib ki, Rusiya neftinin dünya bazarında tam şəkildə əvəz olunması üçün vaxt tələb olunur.

Bununla yanaşı, Putin dialoqun vacibliyinə diqqət çəkərək bildirib:

“Dialoq hər zaman müharibənin davamından daha yaxşıdır”.

Digər xəbərlər