Putin: Rusiya və ABŞ arasında əməkdaşlıq üçün geniş imkanlar var

Operativ Media
Putin: Rusiya və ABŞ arasında əməkdaşlıq üçün geniş imkanlar var

Rusiya və ABŞ arasında əməkdaşlıq üçün geniş potensial var.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu potensial yalnız tərəflər təzyiq siyasətindən imtina edib, qarşılıqlı hörmətə əsaslanan dialoqa keçdikdə reallaşa bilər.

“Əgər biz təzyiq və qarşıdurma siyasətindən uzaqlaşıb, ciddi və perspektivli dialoqa başlasaq, Rusiya və ABŞ bir çox sahələrdə faydalı əməkdaşlıq qura bilər,” – deyə Putin vurğulayıb.

Dövlət başçısı həmçinin Ukraynaya “Tomahawk” tipli raketlərin mümkün tədarükü barədə müzakirələrə münasibət bildirib.

O, bu addımı bölgədə gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib.

“‘Tomahawk’ raketlərinin Kiyevə verilməsi barədə danışmaq belə, vəziyyətin eskalasiyasına yönəlmiş addımdır,” – deyə Putin qeyd edib.

Digər xəbərlər