Marko Rubio İsrailə səfər edib

Operativ Media
Marko Rubio İsrailə səfər edib

ABŞ dövlət katibi Marko Rubio Birləşmiş Ştatlar Prezidenti Donald Trampın təklif etdiyi Qəzza zolağında sülh planını müzakirə etmək üçün İsrailə səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Rubio "X" sosial şəbəkəsində yazıb.

"Amerikanın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək, Prezident Trampın tarixi sülh planını həyata keçirmək üçün tərəfdaşlarla danışıqlar aparmaq, həmçinin Yaxın Şərqdə davamlı sülh və inteqrasiya istiqamətində əldə edilən irəliləyişi gücləndirmək üçün İsrailə gəlmişəm", - o yazıb.

Xatırladaq ki, HƏMAS və İsrail daha əvvəl Qəzza zolağı üzrə sülh planını təsdiqləyiblər. Atəşkəs oktyabrın 10-da qüvvəyə minib.

Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün israilli girovların azad edilməsi üçün çağırılan sülh sammiti keçirilib. 

Digər xəbərlər