ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiya tətbiq etmək qərarına gəlib, çünki lazım olan vaxt gəlib çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib.
"Prezident Rusiyaya qarşı sanksiyaları məqsədəuyğun və zəruri hesab etdiyi zaman tətbiq edəcəyini bildirib. Dünən həmin gün idi", - Ağ Evin sözçüsü bildirib.
O həmçinin bildirib ki, Amerika lideri həm Moskva, həm də Kiyevin münaqişəsinin həlli üçün fəaliyyətsizliklərindən narazıdır.
Levittin sözlərinə görə, Tramp inanır ki, etibarlı sülh razılaşması üzrə danışıqların əldə olunması üçün “hər iki tərəf öhdəliklərinə sadiq olmalıdır”.
“Təəssüf ki, Rusiya son vaxtlar sülh prosesində irəliləməyə kifayət qədər maraq göstərmir”, o əlavə edib.