Menyu

Almaniya Çinə nota göndərib

Operativ Media
Almaniya Çinə nota göndərib

Almaniya Çindən Avropaya mikroçiplərin ixracına qadağa qoyulması ilə bağlı Pekinə diplomatik nota göndərib.

Operativ Media xəbər verir ki, qadağa Almaniyanın avtomobil və elektronika sənayesi üçün komponentlərin tədarükünü ciddi şəkildə pozub.

Pekinin addımlarına səbəb çinli investorlara məxsus olan Hollandiyanın Nexperia şirkətinin milliləşdirilməsi olub.

Bundan sonra Pekin Avropa İttifaqına yarımkeçirici ixracını dayandırıb.

Almaniyanın iqtisadiyyat naziri Katharina Reiche Berlinin Çinin ticarət nazirinə rəsmi nota göndərdiyini təsdiqləyib.

"Almaniya iqtisadiyyatı bu tədarüklərdən asılı olduğu üçün mikroçip çatışmazlığından ciddi zərbə aldıq. Biz gərginliyin azaldılmasına və ixracın bərpasına sadiqik", - Reyx bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər