Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları “dönüş nöqtəsi” adlandırıb.
Operativ Media xəbər verir ki, bu barədə o, Sky News telekanalına açıqlamasında bildirib.
“Amerika sanksiyaları, şübhəsiz ki, dönüş nöqtəsidir. Onların effektivliyi Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarına istər-istəməz təsir göstərəcək”, – deyə Makron qeyd edib.
Fransa lideri vurğulayıb ki, beynəlxalq ictimaiyyətin vahid və ardıcıl addımlar atması münaqişənin diplomatik yolla həlli üçün əsas şərtdir.






