Menyu

Zelenski: Putin qışda bizə problemlər yaratmaq istəyir

Operativ Media
Zelenski: Putin qışda bizə problemlər yaratmaq istəyir

Rusiyanın kritik infrastruktura davamlı hücumları Ukraynada humanitar fəlakət yaratmaq məqsədi daşıyır.

Operativ Media xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Putin müharibəni dayandırmaq arzusunda deyil və bizi humanitar fəlakətə sürükləmək istəyir. Elektrik, qaz və su təchizatına hücum edərək, qışda bizə problemlər yaratmaq istəyir", - Zelenski vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, belə bir vəziyyətdə nə etmək lazım olduğu aydındır.

Zelenski qeyd edib ki, bu gün “İstəyənlərin Koalisiyası” Ukraynanın təhlükəsizliyinə təminat, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və enerji dəstəyini müzakirə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər