Tailandın baş naziri Anutxin Çanvirokun və Kambocanın baş naziri Hun Manet ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində “sülh razılaşması” imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tailand Xarici İşlər Nazirliyinin mətbuat katibi və İnformasiya Departamentinin baş direktoru Nikondet Phalangkun bildirib ki, əslində tərəflər sülh sazişi deyil, ortaq bəyannamə imzalayıblar.
Onun sözlərinə görə, sənəd gələcəkdə Tailand və Kamboca arasında münaqişənin dinc yolla həlli üçün əsas yaratmağı hədəfləyir.






