Rusiya Azərbaycan vasitəsilə Ermənistana yüklərin daşınması üzərində işləyir.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Azərbaycan iki gün əvvəl Rusiyadan Ermənistana tranzit yüklərin daşınmasına icazə verib." - , deyə o qeyd edib.
Overçuk əlavə edib ki, Rusiya Dəmir Yolları hazırda bu prosesin təşkilini həll edir və tranzit əməliyyatlarının səmərəli şəkildə həyata keçirilməsi üçün tərəflər əməkdaşlığı davam etdirirlər.






