Ukrayna Donetsk vilayətində iki kəndi azad edib

Operativ Media
Ukrayna Donetsk vilayətində iki kəndi azad edib

Son on gün ərzində Ukrayna qüvvələri Oçeretine rayonunun Kuçeriv Yar və Suxetske kəndləri üzərində nəzarəti bərpa ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 21 avqustdan bəri bu istiqamətdə ümumilikdə doqquz yaşayış məntəqəsi azad edilib, daha doqquz ərazi isə düşmən qruplarından təmizlənib.

Baş Qərargahın açıqlamasında qeyd olunur ki, Rusiya ordusu say baxımından üstünlük təşkil edir və hücumlarını gücləndirir.

Ukrayna qüvvələri isə müdafiə və əks-hücum əməliyyatlarını davam etdirir, düşmənə ciddi itkilər verir.

Rəsmi məlumata əsasən, 26 oktyabr tarixinə qədər Ukrayna ordusu Donetsk vilayətinin Pokrovsk rayonunda ümumilikdə 185,6 kvadrat kilometr ərazini azad edib, 243,8 kvadrat kilometr ərazini isə tam təmizləyib.

Digər xəbərlər