Menyu

Fələstinə rəhbərlik edəcək şəxs müəyyənləşib

Operativ Media
Fələstinə rəhbərlik edəcək şəxs müəyyənləşib

Fələstin Prezidenti Mahmud Abbas seçkilərədək ölkənin Milli Administrasiyasına rəhbərlik edəcək şəxs barədə yeni konstitusion bəyannamə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə WAFA agentliyi sənədə istinadən məlumat yayıb.

Sənədə əsasən, əgər bu post Qanunverici Şura mövcud olmadığı bir vaxtda boş qalarsa, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi sədrinin müavini və Fələstinin vitse-prezidenti müvəqqəti olaraq səlahiyyətləri icra edəcək.

Bu müddət 90 günü keçməməlidir və həmin dövrdə qanunlara uyğun olaraq yeni prezidentin seçilməsi üçün azad və birbaşa seçkilər keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər