Menyu

İlham Əliyev: Pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər olunmasında liderlik Qoşulmama Hərəkatının nüfuzunu göstərdi

Nərmin Qocamanlı
İlham Əliyev: Pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər olunmasında liderlik Qoşulmama Hərəkatının nüfuzunu göstərdi
1 dəq oxu

Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər olunmasında liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

"Operativ Media" xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

“Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib”, - deyə dövlətimizin başçısı qeyd edib.

Əlaqəli Xəbərlər