Bəzi ölkələrdən idxala qadağa qoyulub

Operativ Media
Bəzi ölkələrdən idxala qadağa qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Köstəndil vilayətinə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Serbiya Respublikasının Şumadiya dairəsində blutanq xəstəliyi, Fransa Respublikasının Oksitaniya regionunda nodulyar dermatit xəstəliyi, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində Nyukasl xəstəliyi, Kamboca Krallığının Otdar Mean Çey əyalətində, Amerika Birləşmiş Ştatlarının Ayova, Viskonsin ştatlarında, Slovakiya Respublikasının Jilina diyarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-dan Operativ Media-ya verilən məlumata görə, Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Digər xəbərlər