Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı tviterdə bildirib.
"Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed ilə iqtisadi əməkdaşlığımızı, xüsusən də əlaqələrimizi müzakirə etdik. Zəlzələ həmrəyliyinə görə təşəkkür edirik", - nazir qeyd edib.