ABŞ prezidenti Donald Tramp daha əvvəl “Time” jurnalının üz qabığında yayımlanan fotosunu sərt tənqid etmişdi.
Operativ Media xəbər verir ki, o, həmin vaxt paylaşımında şəkli “bütün dövrlərin ən dəhşətlisi” adlandıraraq demişdi:
“Onlar saçlarımı sildilər, başıma isə çox kiçik, havada asılı kimi görünən bir tac qoydular. Mən heç vaxt aşağı rakursdan çəkilən fotoları sevməmişəm.”
Trampın tənqidindən sonra “Time” jurnalı üz qabığını dəyişib.
Jurnalın müxbiri Erik Kortellessanın sözlərinə görə, redaksiya prezidentin iradlarını nəzərə alaraq yeni üz qabığını yayımlayıb.







