Menyu

Rusiya ABŞ-yə səyahət edən vətəndaşlarına çağırış edib

Operativ Media
Rusiya ABŞ-yə səyahət edən vətəndaşlarına çağırış edib

Rusiya vətəndaşlarına ABŞ-yə səyahət edərkən bütün riskləri diqqətlə nəzərdən keçirmək tövsiyə olunur.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, səyahət edən ruslar uşaqlarını "oğurlamaq" ittihamı ilə ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılırlar.

"Söhbət əsasən rusiyalı qadınların ABŞ ərazisində amerikalılarla nikahdan doğulan yetkinlik yaşına çatmayanları uşaqlarını qaçırmaq kimi ittihamlarla saxlanılmasından gedir. Oxşar vəziyyətlərdə olan Rusiya vətəndaşlarına, xüsusən də qadın həmvətənlərimizə ABŞ-a səyahət edərkən bütün riskləri diqqətlə ölçmələri tövsiyə olunur. Yaxud daha yaxşısı, səyahət etməkdən çəkinməkdir" - deyə, nazirliyin müraciətində qeyd edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər