İsraildə fövqəladə vəziyyət ləğv edilib

Operativ Media
İsraildə fövqəladə vəziyyət ləğv edilib

İsrailin müdafiə naziri İsrael Kats iki ildən sonra ilk dəfə ölkənin cənubunda fövqəladə vəziyyətin ləğv olunduğunu elan edib.

Bu barədə Operativ Media "The Times of Israel"ə istinadən xəbər verir.

Nazir qeyd edib ki, qərar İsrailin cənubundakı yeni təhlükəsizlik reallığını əks etdirir.

O əlavə edib ki, buna İsrail qoşunlarının son iki ildə HƏMAS-a qarşı qətiyyətli hərəkətləri sayəsində nail olunub.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra ölkə hökuməti fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət yalnız İsrailin cənubu ilə məhdudlaşdırılıb.

Bu il oktyabrın 8-də ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın razılığa gəldiyini elan edib.

Digər xəbərlər