02 Mart 2023, 11:55
Vyetnam parlamenti yeni prezident seçib

Vyetnamda Milli Assambleya (Vyetnamın birpalatalı parlamenti) hakim Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Vo Van Thuongu ölkənin yeni prezidenti seçib.
"Operativ Media" xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Vuong Dinh Hue bildirib.
Qeyd edək ki, Vyetnam konstitusiyasına görə, prezident Milli Assambleya nümayəndələrinin birbaşa gizli səsverməsi ilə seçilir.