“İkinci Qarabağ müharibəsi dövründə 28 oktyabrda Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin yaşadığı Bərdə şəhərinə Smerç realktiv raket qurğularından atəş açırdı".
Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, Ermənistan beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə Azərbaycanın mülki əhalisini atəşə tuturdu:
“Təbii ki, bu düşmənin beynəlxalq konvensiyalarının tələblərini ayaq altına atması demək idi. Əslində Ermənistan beynəlxalq hüquq və normalarına heç vaxt hörmət etməyib. Belə ki, BMT TŞ-nın 4 qətnaməsini icra etsəydi və dinc yolla münaqişənin həll olunmasına razıalaşsaydılar heç İkinci Qarabağ müharibəsinin baş verməsinə ehtiyac qalmazdı. Amma Ermənistan nəinki münaqişənin dinc yolla həll olunmasına razılaşmadı, həm də müharibənin davam etdiyi 44 gündə Azərbaycanın mülki əhalisinin yaşadığı yaşayış mıəntəqlərini qadağan olunmuş silahlardan atəşə tutaraq daha çox itki verməyə çalışıdı. Məqsədləri isə azərbaycanlıları qorxuya salmaq, döyüş ruhunu qırmaq və cəbhədə uğurla irəliləyən ordumuzu ruhdan salmaq idi. Amma düşmənin bu hərkətləri xalqımızı daha da birləşdirərək Dəmir yumruğa çevirdi və torpaqlarımız işğaldan azad edilənədək müharibəni qəhrəmancasına davam etdirdi.
Burada maraqlı tərəf odur ki, beynəlxalq hüquq və normalarından ağız dolu danışan və bizə ağıl öyrətməyə çalışan dairələr Ermənistanın bu vəhşiliklərinə göz yumur və heç bir kəlimə ağızlarından çıxartmırdılar. Bu da onların beynəlxalq hüquqa ikili standartlardan yanaşması idi. Azərbaycanın rəşadətli ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həm beynəlxalq hüquq normalarını, həm də ədaləti bərpa etdi. Bəli, zaman bizə öyrətdi ki, ədaləti qorumaq üçün ancaq güclü olmalısan”.






