ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduronun təyyarə pilotlarından birini ələ almağa çalışıb.
Operativ Media xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 2024-cü ilin aprel ayında ABŞ xüsusi xidmət orqanları Dominikan Respublikasındakı mənbədən bəzi məlumat alıblar.
Həmin məlumatlar nəticəsində onlar Maduroya xidmət edən pilotlardan birinə çıxış əldə ediblər.
Pilotdan təyyarəni ABŞ tərəfindən ələ keçirilə biləcək istiqamətlərdən birinə yönəltməsi istənilib. Xüsusilə, təyyarəni Puerto-Riko, Dominikan Respublikası və ya Kubanıdakı Qvantanamo bazasında endirmək təklif olunub.
AP-nin məlumatına görə, bunun müqabilində ABŞ nümayəndələri pilota “çox varlı və milyonlarla həmvətəni tərəfindən sevilən insan” olacağına dair vəd veriblər.
Məqalədə qeyd olunur ki, pilot bir neçə dəfə ABŞ agenti ilə messencer üzərindən yazışıb. ABŞ-ın son cəhdi isə sentyabrda baş verib. Bundan sonra pilot ona yazan nömrəni bloklayıb.






