Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Operativ Media
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Omanın Kral Ofisinin naziri, general  Sultan bin Məhəmməd Əl- Nomani ilə görüşüb.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, görüş zamanı Azərbaycan və Oman arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Tərəflər ticarət, investisiya, təhsil, turizm və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdiriləcəyini bildiriblər.

Görüşdə Yaxın Şərqdə mövcud regional təhlükəsizlik vəziyyəti də müzakirə edilib, bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün birgə səylərin vacibliyi vurğulanıb.

Şəkil Qalereyası

Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - Şəkil 1
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - Şəkil 2
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - Şəkil 3
Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib - Şəkil 4

Digər xəbərlər