Ceyhun Bayramov Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri üzrə baş nazirin müavini, həmçinin Oman Sultanının xüsusi nümayəndəsi Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı tərəflər yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsində, eləcə də Azərbaycan və Oman arasında siyasi və iqtisadi dialoqun genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Azərbaycan tərəfi regionda sülhün, əlaqəliliyin və davamlı inkişafın təşviqi məqsədilə çoxtərəfli platformalar çərçivəsində Omanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Şəkil Qalereyası

Ceyhun Bayramov Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb - Şəkil 1
Ceyhun Bayramov Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb - Şəkil 2
Ceyhun Bayramov Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb - Şəkil 3

Digər xəbərlər