Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək

Operativ Media
Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək

Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək.

Operativ Media  "Report"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət qurumundan qeyd olunub ki, bu təşəbbüs iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir: "ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi regional əlaqəlilik, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün ilk dəfə olaraq ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əsasını qoyacaq".

Qeyd edək ki, ABŞ hökuməti həmçinin ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.

Digər xəbərlər