Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib

Operativ Media
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib

Azərbaycan Prezidenti İlham Əliyev “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə Qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Operativ Media  xəbər verir ki, sənədə əsasən, Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Eyni zamanda, Nazirlər Kabinetinə Konvensiyadan irəli gələn məsələlərin həlli tapşırılıb. Xarici İşlər Nazirliyi isə səlahiyyətli milli qurumun müəyyən edilməsi barədə Konvensiyanın Katibliyinə bildiriş göndərəcək.

Sərəncam, Azərbaycanın ekoloji təhlükəsizlik və kimyəvi maddələrin təhlükəsiz dövriyyəsi sahəsində beynəlxalq öhdəliklərinin icrasını təmin etmək məqsədi daşıyır.

Digər xəbərlər