2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası üçün rəsmi sosial media səhifələri artıq fəaliyyətə başlayıb.
Operativ Media xəbər verir ki, məqsəd davamlı şəhər inkişafı üzrə ən böyük qlobal tədbirə hazırlıq prosesi və Forum üzrə həyata keçirilən layihələr barədə yerli və beynəlxalq auditoriyanı məlumatlandırmaqdır.
BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan Respublikası Hökuməti arasında əməkdaşlıq çərçivəsində keçiriləcək forum dünyanın müxtəlif ölkələrindən hökumətləri, bələdiyyələri, özəl sektorları, vətəndaş cəmiyyətlərini, gəncləri və akademik dairələri, habelə beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirəcək.
WUF13 sosial media hesablarına keçidlər:
• https://x.com/WUF13Azerbaijan
• https://www.facebook.com/WUF13Azerbaijan
• https://www.instagram.com/wuf13azerbaijan/
• https://www.linkedin.com/company/wuf13azerbaijan






