Ceyhun Bayramov Baxtiyor Saidov ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Baxtiyor Saidov ilə görüşüb

 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirliyi (XİN) məlumat yayıb.

Nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi münasibətilə təbriklərini çatdırıb.

Görüş zamanı, strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.
 
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.
 
Görüşdə, beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin regional inkişaflar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər