BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Operativ Media
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər müşayiət ediblər.

Şəkil Qalereyası

BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 1
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 2
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 3
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 4
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 5
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 6
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 7
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 8
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 9
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 10
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 11
BƏƏ Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - Şəkil 12

Digər xəbərlər