Litva Belarusla sərhədi bağlayıb

Operativ Media
Litva Belarusla sərhədi bağlayıb

Belarus Litvadan iki ölkə arasında sərhəd keçidlərinə məhdudiyyətlərin tətbiqi ilə bağlı rəsmi bildiriş alıb.

Operativ Media xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsinin Teleqram kanalında məlumat verilib.

Litvanın Baş naziri İnqa Ruqiniene dünən Belarusla sərhədin bağlandığını elan edib. O bildirib ki, bu qərar vətəndaşların təhlükəsizliyini təmin etmək üçün verilib.

Məhdudiyyətlər 2025-ci il dekabrın 1-dək qüvvədə qalacaq.

Həmin gün Belarus Xarici İşlər Nazirliyi bəyan edib ki, Litva sərhədini bağlamaqla Avropa dəyərlərinə, insanların hərəkət azadlığına real münasibətini nümayiş etdirib.

Digər xəbərlər