Zaxarova: Rusiya və Azərbaycan saxlanılan vətəndaşlar üçün danışıqlar aparır

Operativ Media
Zaxarova: Rusiya və Azərbaycan saxlanılan vətəndaşlar üçün danışıqlar aparır

Rusiya və Azərbaycan saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi məsələsində dialoq aparır.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib.

Zaxarova əlavə edib ki, bu məsələ ilə bağlı danışıqlar davam edir və tərəflər yaxın əlaqədədir.

O, Bakıda həbs olunmuş rusiyalı jurnalistlər “Sputnik Azərbaycan”ın baş direktoru İqor Kartavıx və şef-redaktoru Yevgeni Belausovun Rusiyaya qaytarıldığını xatırladıb.

XİN sözçüsü Bakıda həbsdə olan Dmitri Fyodorova ixtisaslaşmış tibbi yardımın göstərilməsi və görüş üçün Rusiya səfirliyinin rəsmi Bakıya təkrar müraciət etdiyini bildirib.

Digər xəbərlər